ƏMİR İBN AS

(43/664-cü ildə vəfat etmişdir) – tanınmış siyasi xadim və İslam ordusunun sərkərdəsi olmuşdur. Nüfuzlu qüreyş başçılarından biri olduğundan uzun müddət müsəlmanlara qarşı olmuş, onlarla vuruşmuşdur. Canlarını təqiblərdən qurtarmaq üçün Həbəşistana hicrət edən müsəlmanların zorla geriyə qaytarılması məqsədi ilə qüreyşlilər o ölkənin kralı Nəcaşinin yanına Əmir ibn Ası göndərmişdirlər. Ancaq o, bu tapşırığı yerinə yetirə bilməmişdir. Müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikdən sonra Əmir ibn As Bədr, Uhud və Xəndək döyüşlərində onlara qarşı vuruşmuşdur. Xəndək döyüşündən sonra o, müsəlmanlara qarşı müqavimətin mənasız olduğunu anlamışdır. Hüdeybiyə sülh anlaşmasının (8/629) bağlanmasından sonra Əmir ibn As, Xalid ibn Valid ilə birlikdə Mədinəyə, Məhəmməd peyğəmbərin yanına gələrək İslamı qəbul etdiklərini bildirdilər. Müsəlmanlar Məkkənin fəth olunmasından az öncə Məhəmməd peyğəmbər ayrı-ayrı ərəb qəbilələrinin onlara qarşı hücum edəcəkləri haqqında xəbərlər almışdır. Buna görə o, ənsar və mühacirlərdən könüllülər dəstəsi yaratmış, onların başçısı olaraq da Əmir ibn As seçmişdir. İslam ordusunun yaxınlaşdığını görən bədəvilər döyüşə girmədən geri çəkilmişdirlər. Əmir ibn As isə dəstəsi ilə Mədinəyə qayıtmışdır. Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Məhəmməd peyğəmbər Əmir ibn Ası ərəb qəbilələrinin tapındıqları Suva bütünü dağıtmağa göndərmişdir. Birinci Raşidi xəlifə Əbu Bəkrin dövründə Əmir ibn As Ərəbistan üsyançıları ilə vuruşmuş, sonra isə Suriya və Bizansla savaşa yollanmışdır. Orada o, Yərmuk döyüşündə, eləcə də Dəməşqin, Əcnədeynin və Fələstinin alınması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müsəlmanlar Misiri alanda Əmrin bacarıqlı sərkərdə olmasının bir daha şahid olmuşdurlar. O, bu yürüşə çıxmağı təklif edərək özü də orduya başçılıq etmişdir. Xəlifə Ömər isə onun təklifini dəstəkləmiş ona yardım etmək üçün o bölgəyə daha bir qoşun birləşməsini göndərmişdir. Yürüşə ciddi hazırlaşmış Əmr irəliləyərək Misir hökmdarı Mukavkasın güclərini məğlub edə bilmişdir. Bu uğurdan sonra Xilafət ordusu bütün Misiri və Şimali Afrikanın bir hissəsini ələ keçirmişdir. Xəlifə Ömər Əmir ibn Ası Misirin valisi vəzifəsinə təyin etmişdir. Ancaq sonra, Osmanın xəlifəliyi dövründə maliyyə işlərində buraxdığı səhvlərə görə o vəzifəsindən uzaqlaşdırılmışdır. Bundan sonra Əmir ibn As bir zaman siyasətdən uzaq qalmışdır. Əli ibn Əbu Talib xəlifə olduqdan sonra Əmir ibn As yenə də siyasətə qatılmışdır. O, Suriya valisi Müaviyənin ordusuna komandanlıq etmişdir. Bəzi rəvayətlərə görə buna qarşılıq olaraq Müaviyə uğur qazanardısa, onu yenidən Misirin başçısı vəzifəsinə təyin etməli idi. Xəlifə Əli Suriyaya öz elçisini göndərdikdə Müaviyə ilə Əmir ibn As onu Osmanın qatillərini təmizə çıxartmaqda günahlandırmış və onun xəlifəliyini tanımayacaqlarını bildirmişdirlər. Suriyalıların müqavimətini qırmaq üçün xəlifə Əli onlara qarşı qoşun yeritmişdir. Əli Süffeyn döyüşündə uğura çox yaxın olmuşdur. Çıxılmaz duruma düşmüş suriyalıların ordu komandanı Əmir ibn As döyüşçülərinə nizələrinin uclarına Quran səhifələrini sancaraq Allahın məhkəməsini qurmağı tələb etmələrini əmr etmişdir. Xəlifə Əli bunun məğlubiyyətdən qurtulub vaxt udmaq üçün bir gediş olduğunu bildiyindən döyüşü dayandırmaq istəmirdi. Ancaq, onun ətrafında olan bir qrup ordu sərkərdələri buna israrlı idilər. Buna görə də o, danışıqlara getməli oldu. Problemi çözmək üçün çağırılan məhkəmədə xəlifə Əli və Müaviyənin təmsilçiləri onların vəzifələrindən getmələrini bildirməli idilər. Sonra o, yeni xəlifə seçilməli idi. Beləliklə, hər iki tərəfin təmsilçiləri Dümətül-Cəndəldə bir araya gəldilər. Birinci xəlifə Əlinin təmsilçisi Əbu Musa Əşəri çıxış etdi. Öncə anlaşıldığı kimi o, xəlifə Əli və Suriya başçısı Müaviyənin vəzifələrindən uzaqlaşdırıldığını elan etdi. Ancaq, ondan sonra çıxış edən Müaviyənin təmsilçisi Əmir ibn As Müaviyənin vəzifəsindən uzaqlaşdırılmasını elan etməkdən çəkindi və bununla da tərəflər arasındakı anlaşma pozuldu. Beləliklə, heç bir nəticə əldə olmadığından Xilafətdə iç savaş davam etdi. Ancaq, artıq bu dəfə suriyalılar üstünlük qazanmışdırlar. Çünki, məhkəmədən sonra Əlinin tərəfdarlarının bir hissəsi ona qarşı üsyan edərək ondan ayrıldılar. Bu da Əlinin ordusunu zəiflətdi. Əlini tərk edənlər xaricilər adlanmış və onlar həm ona, həm də Müaviyəyə qarşı vuruşmağa başlamışdırlar. Əmir ibn Asın bu kimi gedişlərinə görə suriyalılar vaxtı qazanaraq öz sıralarını möhkəmlətmişdirlər. Bundan sonra onlar xəlifə Əlinin tərəfdarlarının arasında parçalanmadan yararlanaraq hücuma keçirlər. Hicrətin 38-ci ilində Əmir ibn Asın başçılığı ilə suriyalılar Misirə girmiş xəlifə Əlinin oraya başçı təyin etdiyi Məhəmməd ibn Əbu Bəkrin güclərini məğlub edir, onun özü isə öldürürlər. Bundan sonra suriyalılar İraq və Hicazda da Əlinin güclərinə ağır zərbələr endirmişdilər. Hicrətin 40-cı ilində Xilafətdə gedən savaşların başlanmasında Əli, Müaviyə və Əmir ibn Ası günahlandıran xaricilər onlara qarşı suiqəsdlər hazırlamışdırlar. Bunun nəticəsində xəlifə Əli öldürülmüş, Müaviyəyə qarşı basqın isə baş tutmamış və o yalnız ayağından yüngül yaralanmışdır. Əmir ibn Asın yerinə isə xaricilər bir səhv səbəbindən onun yaxın adamını öldürdülər. Əli öldürüləndən sonra xəlifə olan Müaviyə ibn Əbu Süfyan Əmir ibn Ası Misirə vali vəzifəsinə təyin etmişdir. O, bu vəzifədə hicri 43-cü (ya da ayrı-ayrı qaynaqlara görə 51-ci) ilə qədər olmuş, sonra ağır xəstəliyə tutulub vəfat etmişdir.
ƏMİNƏ BİNT VƏHB
ƏMMAR İBN YASİR
OBASTAN VİKİ
As ibn Vail
As ibn Vail — Məkkənin varlı adamlarından biri olmuşdur. Məhəmməd peyğəmbərə və ilk müsəlmanlara qarşı düşmən mövqe tutan bir şəxsdir. Müsəlman tarixçilərinə görə o, Məhəmməd peyğəmbəri aşağılamaq məqsədilə oğul övladının olmamasına görə, "arxası kəsik" və ya "nəsli kəsilmiş" kimi ifadələr istifadə edirdi. Bu səbəbdən də Kövsər surəsi nazil olmuşdur.
Əmr ibn As
Həzrəti Əmr ibn As (Məkkə – 664, Misir) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Misir valisi (640–656;661–663) Əmr ibn As Məkkə şəhərində dünyaya gəlmişdir. Məkkənin müsəlmanlar tərəfindən tutulmasından 6 ay əvvəl, 629-cu ildə İslam dinini qəbul edərək, müsəlman olmuşdur. Məhəmməd onu Zatus-səlasil döyüşündə orduya komandan təyin etmişdir. Döyüşü qalibiyyətlə başa vurmuşdur. Misirin müsəlmanlar tərəfindən tutulmasına rəhbərlik etmişdir. 640-cı ildə o zaman xəlifə olan Ömər ibn Xəttab tərəfindən Misir valisi təyin edilmişdir. 657-ci ilin may-iyun aylarında o zamanlar xəlifə olan Əli ilə o zamanlar faktiki Şam valisi olan I Muaviyə arasında baş verən Siffeyn döyüşündə I Muaviyə tərəfdə savaşmışdır. Hakim hadisəsində I Muaviyənin nümayəndəsi kimi iştirak etmiş və I Muaviyəni xəlifə təyin etdiyini açıqlamışdır. 658-ci ildə Şamda xəlifəliyini elan etmiş I Muaviyə tərəfindən yenidən faktiki Misir valisi təyin olunmuşdur.
.as
.as — Amerikan Samoasının internet kodu.
Abdullah ibn Əmir
Abdullah ibn Əmir (65/684-cü ildə vəfat etmişdir) — Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri. Əmr ibn Asın oğlu idi. Abdullah ibn Əmir Məkkədə doğulmuşdur. Bəzi rəvayətlərə görə o, səmimi şəxsiyyəti və imanı ilə digərlərindən seçilmişdir. Günlərinin çoxunu ibadətlərdə keçirən Abdullah, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Süffeyn döyüşündə öz atası ilə birlikdə Xəlifə Əlinin tərəfdarları ilə döyüşmüşdür. Digər mənbələrdə qeyd edilir ki, Abdullah orada olsa da, döyüşdə iştirak etməmişdir. Rəvayətlərə görə, Abdullah ibn Əmir öz dövrünün ən elmli insanlarından biri olmuşdur. O, Məhəmməd peyğəmbərdən rəvayət edilən hədislərin yaxşı bilicisi kimi tanınmışdır. Bu istiqamətdə o, bir çox kitablar da yazmışdır.
Əmir ibn Fuheyrə
Əmir ibn Fuheyrə (586, Məkkə – 625, ərəb. أبو عمرو عامر بن فهيرة التيمي‎) — Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrindən biri. 622-ci ildə Məhəmməd və Əbu Bəkr əs-Siddiqin gizli şəkildə Mədinəyə köçməsinə kömək etmiş şəxsdir. Əmir ibn Fuheyrə Afrika əsilli idi. Azdit tayfasının ixtiyarında qul kimi doğulmuşdu. Sonralar bu qəbilədən olan Əbu Bəkrin ögey oğlu ət-Tufeyl ibn əl-Harisə məxsus idi. O, Məkkədə yaşamış və Məhəmməd peyğəmbərin in təbliğ fəaliyyətinə başladıqdan sonra İslamı qəbul etmişdir. 614-cü ildən sonra o, bir çox Məkkə müsəlmanları kimi təqiblərə məruz qalır; onu inancından dönməyə məcbur etmək məqsədilə işgəncələrə məruz qoyulur. Onun təqibçisinin adı açıqlanmır; lakin Əbu Bəkr onu Tufeyldən fidyə alıb azad etdikdən sonra zülm dayanır. Əmir Əbu Bəkrin xidmətində qalır.
AS-90
Özüyeriyən artilleriya qurğusunun adı (AS-90) ingiliscə "Artillery System for 1990's" sözlərindən əmələ gəlib Azərbaycan dilində mənası "1990-cı illər üçün artilleriya sistemi" deməkdir. Böyük Britaniya ordusu tərəfindən aktiv şəkildə istifadə edilən özüyeriyən artilleriya qurğusudur. İstehsalçı: Böyük Britaniya İstehsalçı firma: Vickers Shipbuilding and Engineering Tip: Özüyeriyən artilleriya qurğusu İstehsal tarixi: 1992 – davam edir Xidmətə giriş ili: 1992 – günümüzə Ekipaj: 5 nəfər İstehsal sayı: 185 ədəddən çox Ağırlığı: 45 ton Uzunluğu: 7.2 m Lülə daxil olmaqla: 9.9 m Eni: 3.3 m Hündürlüyü: 3 m Klirens: 0.41 m Zireh: 17 mm-lik polad Sis bombaları Zəminə təzyiq: 0,87 kq/sm ² Dalış dərinliyi: 1.5 m Xəndək keçmə: 2.8 m Divar dağıtmaq: 0.75 m Qalxma bucağı: 30º Motor: Cummins VTA-903T660 V8 dizel At gücü: 660 a.g.
As çayı
As çayı — Cənubi Afrika Respublikası ərazisində çay As çayı Cənub—Şərqi Azad Dövlətində Lebenbergsvley çayının bir qoludur. 1968-ci ildən etibarən Bezlehemin şərqindəki sonuncu çay ilə birləşən Sol Plaatje Barajı (əvvəllər: Saulspoort Barajı) tərəfindən məhv edilmişdir. Onun mənşəyi Klarens yaxınlığında, Ruyberqenin şimal yamaclarında, Baytlam şəhərindən təxminən 35 km cənubdadır. 1998-ci ildə Lesoto Dağları Su Layihəsinin şimala çıxışı üçün tunelin açılması ilə kiçik axın güclü bir çaya çevrildi As Çayı Lesoto Dağları Su Layihəsi üçün boşalma nöqtələrindən biridir . 2004-cü ildən etibarən saniyədə 18 kubmetr su çıxarılır və çay axını mövsümi dəyişkən deyil. Mənsəbin aşağı hissəsində yerləşən Stortemelk Barajı, su axını və məhdud eroziyanı sabitləşdirmək üçün Su İşləri İdarəsi tərəfindən görülən bir tədbir idi.2004-cü ilədək, dörd dəfə inşa edilmişdir. İki xüsusi hidroelektrik stansiya, Sol Plaatje və Merino, 2009 və 2012-ci illərdə ardıcıl istifadəyə verilmişdir və elektrik şəbəkəsinə 7 MVt ilə təmin edir.Botterkloof Barajında Avtomatlaşdırılmış və aşağıda saxlanılan Stortemelk Hidroenerji Layihəsi 2016-cı ilin iyul ayından etibarən elektrik şəbəkəsinə 4,4 MVt əlavə etmək üçün nəzərdə tutulub 1998-ci ildə şimala çıxış tunelinin açılması, suyun həcminin artması,suyun temperaturunun azalması, çay kanalının təmizlənməsi və Saulspoort Barajında çox miqdarda çöküntü olduğu üçün fiziki və kimyəvi dəyişikliklərə səbəb olmuşdur . Kükürd və largemuz sarımsağı kimi əsas göstəricilərin populyasiyaları azaldı və çayın yeddi dənizin balıq növü yoxa çıxdı. Onurgasızların bərpası yalnız bir neçə kilometr aşağı hissədə idi və su yüksək həcmdə sərbəst buraxıldığı zaman təsirsiz oldu. Çox yaşayış sahəsi hələ də mövcud olsa da, su orqanizmləri ilə çayın su kütləsi, aşağı su temperaturu və eroziya potensialı ilə məhdudlaşır.
Transpetrol AS
Transpetrol AS — Slovak bir şirkətdir və drujba neft kəmərinin Slovakiya hissəsinin operatorudur. Baş qərərgahı Bratislavadadır. Transpetrol hissələrinin 51%-i Slovakiya hökumətinə, 49% isə Rusiyanın YUKOS adlı şirkətinə aiddir. 2006-ci ildə YUKOS, yenə bir rus neft şirkəti olan Russneft ilə bu bağlamanı, 103 milyon $ qarşılığında satma mövzusunda razılaşdı, ancaq bu razılaşma Slovakiya hökuməti tərəfindən təsdiqlənməmişdir. 2006-ci ildə şirkət ümumi olaraq 11 milyon 145 min ton xam neft nəql etmişdir: Slovnaft'a 5 milyon 660 min ton. Çexiyadakı Litvinovdaki və Pardubitse'dəki rafinad zavodlarına 5 milyon 218 min ton. Başqa şirkətlərə 267 min ton.
Əmir
Əmir—Ərəbcə başçı, şah. Ərəblər ölkəni işğal etdikdə burada rast gəldikləri inzibati və idarəetmə aparatına toxunmadilar. Onlar bizanslılar və sasanilərdən görkəmli qoşun başçılarının idarəsinə verilən canişinlik sisteminə yiyələnib geniş istifadə etməyə başladilar. Canişinlər əmir (ilk zamanlar: amil) ,canişinlik isə əmirlik adlanırdı. Xilafət əmiri onun hakimiyyətinə verilən torpaqları xəlifənin fərmanı ilə ,ixtiyarında olan orduya arxalanaraq idarə edirdi. Əməvilərin hökmranlığı illərində 5-9 , Abbasilərin hökmranlığı illərində isə 14 canişinlik yaradılmışdı. Hər bir əmirlik fəth olunmuş bir sıra ölkənin torpaqlarını əhatə edən geniş ərazini birləşdirir, bu birləşik ərazi əyalət adlanırdı. Əmirəlüməra—Əmirlər əmiri.
Səid ibn Əmir əl-Cümahi
Səid bin Əmir əl-Cümahi (ərəb. سعيد بن عامر الجمحي‎) — səhabə. Gənc Səid bin Amir əl-Cuməhi Muhəmmədin (Allahın ona salavat və salamı olsun) səhabələrindən biri olan Xubeyb ibn Adinin (Allah ondan razı olsun) xaincəsinə faciəli qətlinə şahid olmaq üçün Qureyş başçılarının Mədinənin xaricindəki Tənim adlanan yerə çağırdıqları minlərlə insanlardan biri idi. Dolğun gəncliyi və irəli atılmağa nail olmaq bacarığı ona imkan verdi ki, o, çiyinləri ilə insanları yararaq yürüşün mərkəzində gedən Qureyş başçılarından olan Əbu Sufyan bin Hərb, Səfvan bin Umeyyə və başqaları ilə bərabər irəliləsin. Beləliklə o, (əl-ayağı) kəndirlə bağlanmış Qureyşin əsirini görməyə nail oldu. Muhəmməddən (Allahın ona salavat və salamı olsun) şəxsi intiqam almaq üçün və onu öldürməklə Bədrdə ölənlərin əvəzini çıxmaq üçün qadınlar, uşaqlar və gənclər onu itələyərək edam yerinə aparırdılar. Toplanmış bu kütlə öz əsiri ilə edam üçün hazırlanmış yerə çatdıqda gənc Səid bin Amir əl-Cuməhi öz hündür qaməti (boyu) ilə Xubeybə (Allah ondan razı olsun) tərəf baxmağa başladı. Onlar isə Xubeybi (Allah ondan razı olsun) taxtadan olan xaça tərəf yaxınlaşdırırdılar. Səid bin Amir əl-Cuməhi qadınların və körpə uşaqların çığırtısı arasından Xubeybin (Allah ondan razı olsun) sabit və təmkinli səslə belə dediyini eşitdi: – "Əgər etiraz etmirsinizsə məni sərbəst buraxın, ölümümdən qabaq iki rükət namaz qılım…" Sonra o Xubeybin (Allah ondan razı olsun) Kəbəyə üz tutaraq iki rükət namaz qılmağına tamaşa etdi. Ah, necə də gözəl, necə də kamil… Sonra da o, Xubeyb bin Adinin (Allah ondan razı olsun) Qureyş başçılarına yaxınlaşaraq belə dediyini gördü: – "Allaha and olsun ki, bilsəydim mən namazı uzatdıqda mənim ölümdən qorxduğumu zənn etməyəcəksiniz, namazı artırardım…".
Uqbə ibn Əmir əl-Cuhani
Uqbə ibn Əmir əl-Cuhani (Ərəbistan yarımadası – 678, Misir, ərəb. عقبة بن عامر‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Dəməşq uğrunda döyüşdə iştirak etmiş, Misirin fəthi zamanı və Rodosa qarşı yürüşdə müsəlman ordusuna komandanlıq etmişdir. Əbu Həmmad və ya Əbu Əmir ləqəbləri ilə tanınmışdır. Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdiyi gün Uqbə ibn Əmir səhrada qoyunlarını otarırdı. Peyğəmbərin gəlişindən xəbər tutan Uqbə ibn Əmir qoyunlarını atıb dərhal onu qarşılamağa yola düşür. Məhəmmədi görən Uqbə ondan beyəini qəbul etməsini istəyir. Uqbə bir kölgə kimi Məhəmməd peyğəmbərin ardınca geir. O, tez-tez qatırının cilovunu tutur, ya da onun yanında yeriyirdi. Çox vaxt Peyğəmbər onu arxasına oturturdu, ona görə də Uqbə hətta "arxada gedən" ləqəbini də almışdı.
İbn Yəmin Əmir Fəxrəddin Mahmud
İbn Yəmin Əmir Fəxrəddin Mahmud (1286 – 30 yanvar 1368) — XIII əsr şairlərindən biri. Yaxın Şərq poeziyasında qitə ustadı kimi tanınır. İbn Yəminin atası Azərbaycan Elxanilər sülaləsinə mənsub dövlət xadimi və görkəmli türk sərkərdəsi olmuşdur. O, Elxanilər tərəfindən Nişapura hakim göndərilmişdir.
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Sent-Etyen AS
Sent-Etyen AS (fr. Association Sportive de Saint-Étienne Loire) - Fransız futbol klubu. Klub 1919-cu ildə Fransanın Sent-Etyen şəhərində yaradılıb və öz adını təmsil etdiyi şəhərdən götürüb. Hal-hazırda Fransa Liqa 1 çempionatından mübarizə aparan kluba fransız mütəxəssis Kristof Qaltye rəhbərlik edir. Komanda ev oyunlarını Sent-Etyen şəhərində yerləşən və 40 minlik azarkeş tutumu olan Stade Geoffroy-Guichard stadionunda keçirir. Komandanın kapitanlığıni isə 1996-cı ildən klubun formasını geyinən Loïc Perrin yerinə yetirir. Sent-Etyen futbol klubu 10 qat Fransa Çempionu, 5 qat Fransa Kubokunun qalibi və 1 dəfə Fransa Liqa Kubokunun qalibi olmaqla Fransa futbol tarixinin ən titullu klublarından hesab olunur. Klub Fransa Liqa 1 də ən çox çempion olan klub titulunu özündə saxlamağa davam edir. Fransa Çempionatında əldə edilən uğurlarla yanaşı klub müxtəlif vaxtlarda 6 dəfə də Fransa kubokuna sahib çıxmışdır. Bu nəticə ilə Sent-Etyen AS Fransa Kubokunu ən çox qazanan 3 klubdan biri ünvanını hələdə qoruyur.
Əbdürrəhman as-Sufi
Abul-Hüseyn Abdurrahman ibn Ömər əl-Sufi (fars.عبدالرحمن صوفی, Rey, 7 dekabr 903 -Şiraz,25 may 986) — məşhur fars astronom və riyaziyyatçı idi. O, İsfahanda, əmir Adud ad-Daula hakimiyyəti dovrundə yaşamışdır və astronomiya haqqında olan məqalələri yunan dilindən tərcumə edirdi(birinci novbədə Almaqest Ptolimeyin). Təxmini olaraq 960-cı ildən Şirazda işləyirdi. Ən məşhur kitablarından biri "Sabit ulduzlar" kitabıdır(ərəb. كتاب الكواكب الثابتة). Kitabda 1017 ulduz və 48 bürc haqqında ətraflı məlumat verilmisdir. Kitabda bürclərin rəngarəng təsviri, eləcə də onların ekliptikal koordinatları haqqındada məlumat var. Öz müşahidələrinə əsaslanaraq o, əvvəlki astronomi məlumatları nəzərdən keçirmişdir (əsasən Klavdiy Ptolimeyin). Al-Sufi astronomiyanın gələcək inkişafına böyük təsir göstərmişdir. Onun elmi əsərlərindən daha sonra əl-Biruni, Əbu əl-Həsən ibn Yunis, Nasir əl-Din əl-Tusi, ispan və səmərqənd astronomları da istifadə etmişdirlər.
İbn
İbn Firnans
Gur-Əmir
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
Əmir (Askın)
Əmir (başq. Әмир, rus. Амирово) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 4 km, kənd sovetliyindən (Kaşka): 2 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 37 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99 %) üstünlük təşkil edir.
Əmir (Gədəbəy)
Əmir — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Əmir oyk. Gədəbəy r-nunun Poladlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bəzən Əmir variantında qeydə alınmışdır. Oykonim eymur tayfasının adı ilə bağlıdır, etnotoponimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 183 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əmir (Marağa)
Əmir (fars. امير‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (60 ailə).
Əmir (dəqiqləşdirmə)
Əmir — başçı. Kəndlər Əmir (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Əmir (Askın) — kənd. Əmir (Marağa) — kənd.
Əmir (kənd)
Əmir — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Əmir oyk. Gədəbəy r-nunun Poladlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bəzən Əmir variantında qeydə alınmışdır. Oykonim eymur tayfasının adı ilə bağlıdır, etnotoponimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 183 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əmir Altun
Əmir Altun (?-1393) — XIV əsr Azərbaycan sərkərdəsi, Əlincə qalasının kutvalı.
Əmir Rrəhmani
Əmir Rrəhmani (24 fevral 1994, Priştina) — Kosovalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Kosovo milli futbol komandasının mərkəz müdafiəçisi və Kosovo milli futbol komandasının kapitanı. Əmir Rrahmani futbolçu karyerasına Kosovo Superliqasında çıxış edən "Drenica" klubunda başlayıb. Buradakı gözəl oyunundan sonra bir sıra Alban klubları onunla maraqlanıb, nəticədə Rrahmani 2013-cü ilin iyulunda Tirananın "Partizani" klubu ilə müqavilə imzalayıb. 2014–2015 mövsümundə "Albaniya Superliqası"nda mövsümun istedadlı oyunçusu seçilir. Albaniyada 2 mövsüm oynadıqdan sonra Rrahmani 2015-ci ilin yayında Xorvatiyanın "Split" klubuna keçdi. 2016-cı ildə futbolçu Xorvatiyanın digər klubu "Dinamo Zaqreb" klubuna keçir. "Dinamo Zaqreb"in bu transfer üçun 1,6 milyon avro transfer haqqı ödədiyi bildirilir. "Dinamo Zaqreb"ə transfer olunduqdan səkkiz gün sonra Rrahmani bir mövsümlük icarə əsasında Xorvatiyanın Birinci Futbol Liqasının digər komandası "Lokomotiva" klubuna qoşuldu. 26 iyun 2019-cu ildə Rrahmani, 2 milyon avroya, dörd illik müqavilə əsasında İtaliyanın "Hellas Verona" komandasına qoşuldu.
Əmir Tətəlu
Əmirhüseyn Maqsudlu (az-əbcəd. امیر حسین ماقسودلو‎; fars. امیرحسین مقصودلو‎) və ya Əmir Tətəlu (az-əbcəd. امیر تاتالو‎; fars. امیر تتلو‎) — İran azərbaycanlılarından olan müğənni, repper və mahnı müəllifi. O, İran anderqraund hip hop səhnəsinin ilk generasiyasının bir hissəsidir və ilk farsdilli R&B müğənnilərindən biridir. 2011-ci ildə "Zira Hamkaf" adlı debüt albomu çıxdı. O vaxtdan bəri 16 albom buraxdı. Tətəlu İranda yaşadığı dövrdə İslam Respublikası səlahiyyətliləri tərəfindən bir neçə dəfə həbs edilmişdir. O, 2021-ci ildə "Universal Music Group" vasitəsilə "Fereshteh" albomunu buraxmışdır.